Masturbasiya

Seksual zövqü cinsi orqanları stimulyasiya etməklə də almaq olar. Bu masturbasiya adlanır. Masturbasiya ilə həm qızlar, həm də oğlanlar məşğul olur. Masturbasiya normal və sağlam bir metoddur. Bu orqanizm üçün zərərli sayılmır, belə ki, cinsi yetkinliyin vacib mərhələlərindən biridir. Masturbasiya şəxsi seksuallığı dərk etmək prosesinin əsas hissəsidir və hətta cinsi aktdan yayınmağa kömək edə bilər. Bir vaxtlar masturbasiya pis, ağılı başdan çıxaran bir hal kimi qəbul edilirdi. Hətta bu gün də bu müzakirə mövzusudur. Qızların masturbasiyası haqqında az danışılır, ona görə ki, qadın seksuallığı az qəbul edilən mövzudur.

Masturbasiyanı (onanizm) qeyri-iradi cinsi ehtirasla səhv salmaq lazım deyil. Məsələn, oğlan uşaqlarında gecə pollyusiyası (yuxuda olarkən sperma ifraz etmək) olur, ya da onlar yuxudan cinsi ehtirasla oyana bilərlər.


Davamı →